Vəzifə öhdəlikləri:
- Layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
- Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
- Daxili korporativ aktların, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
- Rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
Təhsil/Təcrübə:
- Ali hüquq təhsili;
- Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi;
- Azərbaycan, Rus və ingilis dili bilikləri (təcrübəli istifadəçi);
- Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər.
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək.
- İş yeri: Yasamal rayonu, 1C Mikayıl Müşfiq, Badamdar Hotel & Residences.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.