Premium Bank Premium Bank
  • 162

Premium Bank

Banklar

Büdcə planlama və hesabatlıq şöbəsinin baş mütəxəssisi (IFRS üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Büdcə planlama və hesabatlıq şöbəsinin baş mütəxəssisi (IFRS üzrə)

  • Deadline 27 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Maliyyə Departamenti

İşin təsviri:

  • Kənar audit üçün məlumatların və təsdiqnamələrin toplanması;
  • Kənar auditin illik yoxlanılmasında iştirak və maliyyə hesabatlarının doğruluğunun yoxlanması;
  • Bank müştərilərindən keçirilən kənar audit ilə əlaqəli sorğuların cavablandırlması;
  • Likvidliyin örtülməsi əmsalı hesabatının gündəlik hazırlanması və təqdim edilməsi;
  • Xalis sabit maliyyələşmə nisbətinə dair hesabatın hazırlanması;
  • Məlumatların açıqlanması hesabatının tərtib edilməsi;
  • Qiymətli kağızlar portfeli  IFRS-ə uyğun olaraq tərtib edilməsi;
  • IFRS 9 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
  • IFRS 16 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
  • Prudensial hesabat IFRS 9 əsasında tərtib edilib portala yüklənməsi;
  • Mərkəzi Bankdan daxil olan sorğuların cavablandırılması;
  • Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Bank maliyyə və ya IFRS sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Normativ biliklər: Bank mühasibatlığı, MHBS və IFRS standartları, Bankın normativ tələbləri üzrə praktiki biliklər;
  • Sertifikatlar: F7, DipIFR sertifikatı olması mütləqdir;
  • Xarici dillər: Rus və ingilis dilləri bilənlərə üstünlük verilir;
  • Kompüter bilikləri: Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);
  • Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti.

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IFRS üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.

  • Daily118
  • Weekly242
  • Monthly2552