Struktur bölmə: Maliyyə Departamenti
İşin təsviri:
- Kənar audit üçün məlumatların və təsdiqnamələrin toplanması;
- Kənar auditin illik yoxlanılmasında iştirak və maliyyə hesabatlarının doğruluğunun yoxlanması;
- Bank müştərilərindən keçirilən kənar audit ilə əlaqəli sorğuların cavablandırlması;
- Likvidliyin örtülməsi əmsalı hesabatının gündəlik hazırlanması və təqdim edilməsi;
- Xalis sabit maliyyələşmə nisbətinə dair hesabatın hazırlanması;
- Məlumatların açıqlanması hesabatının tərtib edilməsi;
- Qiymətli kağızlar portfeli IFRS-ə uyğun olaraq tərtib edilməsi;
- IFRS 9 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
- IFRS 16 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
- Prudensial hesabat IFRS 9 əsasında tərtib edilib portala yüklənməsi;
- Mərkəzi Bankdan daxil olan sorğuların cavablandırılması;
- Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.
Namizədə dair tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Bank maliyyə və ya IFRS sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Normativ biliklər: Bank mühasibatlığı, MHBS və IFRS standartları, Bankın normativ tələbləri üzrə praktiki biliklər;
- Sertifikatlar: F7, DipIFR sertifikatı olması mütləqdir;
- Xarici dillər: Rus və ingilis dilləri bilənlərə üstünlük verilir;
- Kompüter bilikləri: Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);
- Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IFRS üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.