Premium Bank Premium Bank
  • 368

Premium Bank

Banklar

Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsində Aparıcı/Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsində Aparıcı/Baş mütəxəssis

  • Deadline 22 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • ƏL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
  • Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
  • Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
  • Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
  • Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
  • Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət edilməsi.
  • Komplayens risklərinin qiymətləndirilməsinin aparılması və rəhbərliyə çatdırılması
  • Şübhəli əməliyyatların təhlili və digər struktur bölmələrinə ƏL/TMM sahəsində məsləhətlərin verilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır;
  • ƏL/TMM ilə bağlı yerli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
  • Şübhəli əməliyyatları təhlil etmə bacarığı
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsinin Aparıcı / Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.

  • Daily91
  • Weekly91
  • Monthly95