Premium Bank Premium Bank
  • 290

Premium Bank

Banklar

Müraciətlərə baxılma bölməsinin Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müraciətlərə baxılma bölməsinin Mütəxəssisi

  • Deadline 26 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Bankın qısa nömrəsinə zəng qəbulu və Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması və lazım olduqda müvafiq struktur bölməyə yönləndirilməsi;
  • Müştərilərdən daxil olan şikayət və təkliflərə baxarkən daha ətraflı məlumat alınması və məlumatın doğruluğunu təsdiq edən sənədlərin tələb edilməsi;
  • Bütün Bank məhsulları və xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;
  • Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən onların müraciətlərinə baxılması barədə sənədlərin hazırlanması və həmin sənədlərin müştərilərə təqdim edilməsi;
  • Bank daxil olan müraciətlərin xarakterindən asılı olaraq müştərilərlə yazılı, şifahi danışıqlar aparmaq, görüşlər təşkil etmək, məsləhət və izahatlar verilməklə müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;
  • Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;
  • Satış yönümlü yazışmaların, danışıqların aparılması;
  • Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
  • Sosial Mediada bank haqda rəylərin mütəmadi monitorinq edilməsi.

Namizədə dair tələblər:

  • Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Eyni və ya oxşar vəzifə üzrə minimum ən azı 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və rus dili biliyi;
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
  • Analitik düşünmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Müraciətlərə baxılma şöbəsinin mütəxəssisi” qeydini etməklə göndərə bilərlər.

  • Daily59
  • Weekly167
  • Monthly531