İşin təsviri:
- Müştərilərlə nağd hesablaşma ilə mədaxil-məxaric üzrə müxabirləşmələrin təsdiq edilməsi;
- Bankın təyin etdiyi məzənnə əsasında müştərilərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
- Çap olunmuş plastik kartların və PİN zərflərin müştərilərə verilməsi;
- Çek kitabçalarının balansdan kənar müxabirləşməsinin aparılması;
- Xəzinədə olan nağd pul və digər qiymətlilərlə əməliyyatların uçotunun aparılması;
- Kassa sənədlərinin bankdaxili qaydalara uyğun formalaşdırılması, saxlanılması, arxivə təhvili;
- Filial müdirinin verdiyi tapşırıqların, bu vəzifə təlimatından irəli gələn digər öhdəliklərin həyata keçirilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
- Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərə bilərlər.