İş yeri: Qaradağ r-nu, Ümid qəsəbəsi, Səngərqaya 7-ci km
Namizədə tələblər:
- Ali texniki təhsil
- Nəqliyyat şöbəsinin rəisi kimi minimum 5 il iş təcrübəsinin olması.
- Office proqramlarını yaxşı bilməli,
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin gündəlik nəqliyyat əməliyyatlarını planlaşdırmaq, təşkil etmək və idarə etmək.
- Layihələr üzrə nəqliyyat vasitələrinin, xüsusi texnikaların və sürücü heyətinin optimal bölgüsünü təmin etmək.
- Daşınma marşrutlarını, yük axınını və iş qrafiklərini planlaşdırmaq, nəqliyyat əməliyyatlarının səmərəliliyini artırmaq.
- Müştəri sifarişlərinin və daxili daşınmaların müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun icrasını təmin etmək.
- Avtonəqliyyat vasitələrinin gündəlik istismarına və səmərəli istifadəsinə nəzarət etmək.
- Nəqliyyat vasitələrinin planlı texniki xidmətə və təmirə çıxarılmasını Təmir Şöbəsi ilə koordinasiya etmək.
- Nəqliyyat vasitələrinin qeydiyyatı, texniki baxışı, icbari sığortası və digər hüquqi sənədlərinin qüvvədə olmasına nəzarət etmək.
- Sürücü və operator heyətinin iş qrafiklərini hazırlamaq, onların fəaliyyətini təşkil etmək və qiymətləndirmək.
- Sürücülərin yol hərəkəti qaydalarına, şirkətin daxili prosedurlarına, SƏTƏM və təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək.
- Müdafiəli sürücülük (Defensive Driving), yol hərəkəti təhlükəsizliyi və digər peşəkar təlimlərin təşkilini təmin etmək.
- Yanacaq sərfiyyatını, yürüş göstəricilərini, məhsuldarlığı və digər nəqliyyat üzrə əsas fəaliyyət göstəricilərini (KPI) gündəlik izləmək və təhlil etmək.
- GPS, Fleet Management və digər rəqəmsal sistemlər vasitəsilə nəqliyyat vasitələrinin fəaliyyətinə operativ nəzarəti həyata keçirmək.
- Yol-nəqliyyat hadisələrinin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək.
- Gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlamaq və Nəqliyyat və Təmir Departamentinin Direktoruna təqdim etmək.
- Nəqliyyat xərclərinin optimallaşdırılması, resurslardan səmərəli istifadə və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: Razılaşma yolu ilə
- Servis, Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına (“Nəqliyyat şöbəsinin rəhbəri”)başlığı ilə göndərməyini xahiş edirik.