Premium Mining Premium Mining
  • 381

Premium Mining

Metal və dağ-mədən

Nəqliyyat şöbəsinin rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat şöbəsinin rəisi

  • Deadline 30 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Müvafiq sahədə minumum 3-5 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə ali təhsil 

İş şəraiti:

  • İş yeri – Qaradağ rayonu 
  • İş qrafiki – 6 günlük 
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Nəqliyyat ilə təmin olunma 

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrindən səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının artırılması, maya dəyərinin azaldılması, daşınmanın rentabelliyinin artmasını təmin edir;
  • Nəqliyyat vasitələrinə kəmiyyət və nomenklatura üzrə tələbatı və bu tələbatın Cəmiyyətin özünün və ya üçüncü şəxlərdən cəlb edilən nəqliyyatın hesabına təminatını müəyyən edir və üçüncü şəxlərin fəaliyyətinə nəzarət edir;
  • Nəqliyyat vasitələrinin paylaşdırılmasına və onlardan səmərəli istifadə edilməsinə operativ nəzarəti yerinə yetirir;
  • Plan xəbərdaredici təmir qrafiklərinin tərtib edilməsi və yerinə yetirilməsinə nəzarət edir;
  • Avtonəqliyyat vasitələrinin gündəlik texniki xidmətini (yağlanma, filtrlərin təmizlənməsi və s.), cari və əsaslı təmirlərinin planlaşdırılmasını və istehsalçının təlimatlarına uyğun şəkildə təmirinin təşkilini yerinə yetirir;
  • Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edir. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərini təhlil edir, onların qarşısının alınması üçün tədbirlər işləyib hazırlayır və həyata keçirir. 
  • Alınan ehtiyyat hissələrinin hesabatının aparılmasına, keyfiyyətinin yoxlanmasına və nəqliyyat vasitələrində vaxtında və keyfiyyətlə quraşdırılmasına, ehtiyat hissələrinin həm texniki, həm də kommersiya baxımından uyğunluğuna nəzarət edir;
  • Xarab olan, zədələnən və sınan ehtiyat hissələrinin təmirə yararlı olub olmaması barədə rəy verir;
  • Hər bir Nəqliyyat vasitəsi ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə nəzarət edir;
  • Servislərə təmirə göndərilmiş nəqliyyat vasitələrinin təmir olunma keyfiyyətinə, təmir qarantiyasının müddətinə və təmir məsrəflərinə nəzarət edir;
  • Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət edir;
  • Nəqliyyat vasitələrinin Dövlət Yol Polis İdarəsində qeydiyyata salınmasına, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət edir;
  • Nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət edir; 
  • Cəmiyyətə məxsus olan köhnələnmiş nəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət edir;
  • Nəqliyyat vasitələrinin gün ərzində hərəkətinin izlənilməsinə nəzarət edir və planlaşdırılan qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirir;
  • Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirir, sürücü və operatorların iş qrafiklərinin hazırlanmasına və gündəlik iş saatlarının qeyd edilməsinə nəzarət edir;
  • Şöbənin işçilərinə rəhbərlik edir, tabeliyində olan içilərin intizam qaydalarına əməl etməsini tələb edir, lazımı halda əmək haqqlarının artırılması, intizam tənbehinin  verilməsi barədə rəhbərliyə təqdimat verir;
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına əməl etməsinə nəzarət edir;
  • Tabeliyində olan işçilərə ilkin, təkrar, gündəlik işqabağı toolbox təlimatlarının keçirilməsini, işçilərin biliklərinin yoxlanılmasını və biliklərinin artırılmasını təmin edir;
  • İşə qəbul ediləcək sürücü və operatorların avtomobil və texnikanın idarə edilməsi üzrə test yürüşlərini təşkil edir; 
  • Nəqliyyat təsərrüfatının işini Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərinə və digər istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədlərinə uyğun təşkil edir; 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına  (“Nəqliyyat şöbəsinin rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.

  • Daily9
  • Weekly594
  • Monthly1590