Premium Residence marketing komandasına gündəlik marketing proseslərini koordinasiya edəcək Marketing Meneceri axtarır.
Əsas öhdəliklər
- Marketing planlarının icrasına nəzarət etmək;
- SMM, dizayn, video, reklam və kontent işlərini koordinasiya etmək;
- Çəkilişlərin təşkili və prosesin idarə olunmasında iştirak etmək;
- Freelancer, dizayner, targetoloq və SMM komandası ilə kommunikasiya aparmaq;
- Reklam kampaniyalarının nəticələrini izləmək;
- Satış komandası ilə marketing materialları üzrə koordinasiya etmək;
- Həftəlik və aylıq hesabatların hazırlanmasına dəstək olmaq;
- Kampaniya, tədbir və promo aktivliklərdə iştirak etmək.
Tələblər
- Marketing sahəsində minimum 2 il təcrübə;
- Sosial media və digital marketing bilikləri;
- Yaxşı kommunikasiya və təşkilatçılıq bacarığı;
- Azərbaycan və rus dili biliyi;
- Canva, CapCut, Meta Business Suite, Excel/Google Sheets bilikləri;
- Kreativ düşüncə və məsuliyyətli yanaşma;
- AI alətlərindən istifadə bacarığı üstünlükdür.
Üstünlükdür:
- Daşınmaz əmlak və ya premium/lifestyle brendlərlə iş təcrübəsi;
- Çəkiliş və tədbir proseslərində iştirak təcrübəsi;
- Influencer marketing təcrübəsi.
Müraciət üçün CV-lərinizi “Marketing Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.