Prime Accessories Mağazalar Şəbəkəsi Prime Accessories Mağazalar Şəbəkəsi
  • 468

Prime Accessories Mağazalar Şəbəkəsi

Apparel, Accessories & Luxury Goods ,

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 1 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

25 ildir fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə Maliyyə şöbəmizə rəhbər kateqoriyada sayılacaq yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Vergi, DSMF hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi; 
  • Dövlət qurumlarında şirkəti təmsil etmək; 
  • Elektron Qaimə Hesab Fakturalarının işlənməsi; 
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; 
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat, qanunvericiliyin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görülməsi
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək. 
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • İnventar hesabatının aparılması;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Rəhbərliyin bu vəzifəyə aid işləri əhatə edən digər tapşırıqlarının yerinə yetirilməsi.

Əsas tələb və bacarıqlar:

  • İqtisadi sahədə Ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakultələr);
  • Göstərilən sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Vergi Məcəlləsini mükəmməl bilmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilmək;
  • Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilmək;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Azərbaycan dili, Rus dili biliyi (ingilis dili arzuolunandır);
  • Ünsiyyət qura bilmə bacarığı; 
  • Analitik düşünə bilmək.

Biz sizə nələr təklif edirik:

  • 5 günlük iş rejimi (09:00-18:00), şənbə və bazar günləri istirahət;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Mehriban və gənc komanda yoldaşları;
  • Əmək haqqı: 1400-1800 Azn (NETT), əlavə olaraq illik nəticələr əsasında mükafat hesablana bilər
  • Ünvan: Azure Biznes Mərkəzi

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Baş Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily93
  • Weekly93
  • Monthly93