PRİME Accessories Mağazalar Şəbəkəsi PRİME Accessories Mağazalar Şəbəkəsi
  • 1.2K

Müştərilərlə əlaqələr üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştərilərlə əlaqələr üzrə mütəxəssis

  • Deadline 1 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizə yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi;
  • Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
  • Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
  • Instagram, Facebook və WhatsApp sosial şəbəkəsi üzrə ismarıc və direktlərin cavablandırılması;

Hansı bilik və bacarıqlarınız olmalıdır:

  • Komandada işləmə bacarığı;
  • Təşəbbüskar;
  • Ofis proqramları, xüsusilə Excel bilikləri;
  • Sosial şəbəkə istifadəçisi; 
  • Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək;
  • Səlis nitqə sahib olmaq;
  • Rus dili səlis. 

Biz sizə nələr təklif edirik:

  • 5 günlük  iş rejimi;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Mehriban və gənc komanda yoldaşları;
  • Əmək haqqı: 600 Azn net
  • Ünvan: Azure Biznes Mərkəzi

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly0
  • Monthly1341