‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Dizayner/3D Vizualizator” axtarışındayıq
Vəzifə öhdəlikləri:
- Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması
- Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;
- Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;
- Mövcud layihələr üzərində düzəlişlərin və təkmilləşdirmələrin edilməsi;
- 3D modellərin real məkana və ya ölçülərə uyğunluğunun təmin olunması
- Prodakşn və texniki komanda ilə sıx əməkdaşlıq edərək layihələrin texniki baxımdan icra oluna biləcəyinə nəzarət
- Stendlərin, promo güşələrin, səhnə tərtibatının dizayn edilməsi;
- Dizayn sahəsində yeniliklərdən xəbərdar olmalı və konseptual işlərdə bu yenilikləri tətbiq etməli;
Namizədə dair tələblər:
- Ali təhsilli (Orta texniki təhsili də ola bilər);
- Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə peşəkar təcrübə;
- Verilən tapşırıqlar əsasında araşdırmalar etməyi yaxşı bacarmalı;
- Ünsiyyətcil, operativ, təşəbbüskar, komanda ruhlu olması;
- Yarana biləcək olan problemlər barədə yerində qərarvermə və həll etmə bacarığı;
- Səlis Azərbaycan və rus dili biliyi (Müştərilərimizin xarici ölkə vətəndaşları olduğu üçün bu tələb önəmlidir);
- Ölkə daxilində ezam getmək kimi məqamları nəzərə almalıdır.
- Dizayn proqramlarında (AutoCad, 3ds Max, Sketchup və digər oxşar proqramlar) yüksək səviyyədə işləmə bacarığı;
- Modelləmə və vizuallaşdırma qabiliyyəti;
- Stend, mebel dizaynı sahəsində təcrübə;
- Səlis Azərbaycan dili biliyi və rus dili biliyi (Müştərilərimiz xarici ölkə vətəndaşları olduğu üçün önəmlidir);
- Texniki çertyojlarla işləmə bacarığı üstünlükdür;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Kreativ və yenilikçi yanaşma;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı;
Əlavə məlumat:
- Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
- İş qrafiki I-V Günlər
- Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Maraqlanan namizədlərin CV-lərini “Dizayner / 3D Vizualizator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Portfolionu CV ilə yanaşı təqdim etmək mütləqdir.