Prime Agency Prime Agency
  • 300
Prime Agency

Prime Agency

Media

İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)

  • Deadline 8 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)” axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq (reklam və buna bənzər fəaliyyətlər) istehsalat proseslərinin ümumi planlaşdırılması, təşkili və idarə edilməsi;
  • İstehsalat qrafiklərinin hazırlanması, iş bölgüsünün aparılması və işlərin icrasına nəzarət;
  • İstehsalat sahəsində çalışan ustaların və texniki heyətin idarə olunması və koordinasiyası;
  • Material ehtiyaclarının müəyyən edilməsi və satınalma prosesi ilə əlaqələndirmə;
  • Layihələrin texniki tapşırıqlara, keyfiyyət standartlarına və təhvil tarixlərinə uyğun icrasına nəzarət;
  • İstehsalat zamanı yaranan texniki problemlərin operativ həlli;
  • Montaj və demontaj işlərinin planlaşdırılması və sahədə icraya nəzarət;
  • Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət olunmasına nəzarət;
  • İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Dizayn, satış və prodakşn komandaları ilə sıx əməkdaşlıq.

Namizədə dair tələblər:

  • İstehsalat və ya prodakşn sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
  • Reklam, sərgi stendləri, mebel və ya oxşar istehsalat sahələri üzrə bilik və təcrübə;
  • İstehsalat planlaşdırılması və resursların effektiv idarə olunması bacarığı;
  • Texniki çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı;
  • Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları
  • Stressli və intensiv iş mühitində işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)

Əlavə məlumat:

  • Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
  • İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
  • Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.

Maraqlanan namizədlərin cv-lərini “İstehsalat şöbəsinin rəhbəri” başlığı altında Müraciət Et düyməsində göstərilən email ünvanına göndərmələri xahiş olunur.

  • Daily121
  • Weekly121
  • Monthly908