Prime Agency Prime Agency
  • 115
Prime Agency

Prime Agency

Media

Mebel ustası

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mebel ustası

  • Deadline 8 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Mebel ustası” axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Reklam stendləri, sərgi stendləri və xüsusi dizaynlı konstruksiyalar üçün taxta və mebel elementlərinin hazırlanması;
  • Çertyoj və texniki tapşırıqlara əsasən ölçü götürülməsi, kəsim və yığım işlərinin icrası;
  • MDF, DSP, faner və digər mebel materiallarla işləmək;
  • Hazırlanan mebel və konstruksiyaların keyfiyyətə uyğunluğuna nəzarət;
  • Stendlərin, mebel tərkibli qurğuların yerində montaj və demontajının həyata keçirilməsi;
  • Lazım gəldikdə sahə ölçülərinin götürülməsi;
  • Əmək təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Komanda ilə koordinasiyalı işləmək və razılaşdırılan tarixdə işlərin təhvili.

Namizədə dair tələblər:

  • Mebel ustası kimi minimum 3 il iş təcrübəsi (reklam / sərgi stendləri sahəsində təcrübə üstünlükdür)
  • Taxta və mebel materialları ilə işləmə bacarığı;
  • Elektrik və mexaniki alətlərlə (frezer, mişar, drel və s.) sərbəst işləmək;
  • Texniki çertyojları oxumaq və tətbiq etmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
  • Laminasiya, boya və lak işləri üzrə ilkin biliklər;
  • Sərgi və tədbirlər sahəsində montaj təcrübəsi.

Əlavə məlumat:

  • Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
  • İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
  • Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.

Maraqlanan namizədlərin cv-lərini “Mebel Ustası” başlığı altında Müraciət Et düyməsində göstərilən email ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly254
  • Monthly1041