1C proqramçı

  • Deadline 23 Avqust 2025

Təsvir:

  • 1C:ЗУП konfiqurasiyasının Azərbaycan Respublikasının lokal tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması;
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyət, mükafat, tutulmalar və digər kadr əməliyyatlarının avtomatlaşdırılması;
  • Yeni sənədlər, hesabatlar və məlumat emalı mexanizmlərinin hazırlanması;
  • Mövcud sistemlərdə düzəlişlər edilməsi və istifadəçi tələblərinə uyğun dəyişikliklərin tətbiqi;
  • İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması;
  • 1C məlumat bazalarının ehtiyat nüsxələrinin və versiyalarının idarə olunması;
  • Əmək qanunvericiliyindəki dəyişikliklərin proqram təminatına düzgün şəkildə tətbiq olunması.

Təhsil və təcrübə:

  • Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.);
  • 1C:Enterprise platformasında minimum 2 il iş təcrübəsi;
  • 1C:ЗУП konfiqurasiyası ilə işləmə üzrə praktiki bacarıqlar.

Texniki biliklər və bacarıqlar:

  • 1C proqramlaşdırma dili üzrə sərbəst işləmək bacarığı;
  • Hesabatlar və sənəd formalarının hazırlanması təcrübəsi;
  • Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə bilik;
  • Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə;
  • Analitik düşüncə və problemi operativ şəkildə həll etmə bacarığı.

Üstünlüklər:

  • 1C üzrə rəsmi sertifikatların mövcudluğu;
  • Rus dili biliyi (1C:ЗУП interfeysi ilə işləmək üçün);
  • HR və əməkhaqqı uçotu sahəsində biliklər;
  • Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily10
  • Weekly588
  • Monthly2301