Prime Cotton Prime Cotton
  • 179

Prime Cotton

Agricultural Products

Anbar koordinatoru (Mingəçevir)

  • Deadline 4 Yanvar 2026

Təsvir

  • Anbarın fəaliyyətində yüklərin qəbul edilməsi, yerləşdirilməsi və çıxarılması proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğun təşkilinə və icrasına ümumi nəzarəti həyata keçirmək;
  • Tabeliyində olan əməkdaşların gündəlik fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və onlara konkret vəzifə tapşırıqları vermək;
  • Yükləmə-boşaltma proseslərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər aidiyyəti normativ aktlara uyğun olaraq operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək;
  • Məhsulların partiya, növ və keyfiyyət səviyyəsinə uyğun çeşidlənməsi və sistemləşdirilməsi proseslərinin düzgün icrasına nəzarət etmək;
  • Anbar əməliyyatlarının fasiləsiz və düzgün aparılmasını təşkil etmək, daxili prosedurlara riayət olunmasını təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, iş nəticələrini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə hesabat təqdim etmək;
  • Daşınan məhsullarda uyğunsuzluq və ya zədələnmə halları baş verdikdə aktlaşdırma prosesində iştirak etmək və müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;
  • Təhlükəli və xüsusi şərt tələb edən yüklərin təhlükəsiz yerləşdirilməsinə və saxlanmasına nəzarət etmək;
  • İşçi heyətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət etməsini təmin etmək;
  • Gündəlik tapşırıqları hazırlamaq, əməkdaşlar arasında iş bölgüsünü optimal şəkildə təşkil etmək;
  • Anbar fəaliyyətinə dair gündəlik və aylıq hesabatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
  • Texniki avadanlıqların düzgün istismarını təmin etmək, nasazlıq və icazəsiz istifadə hallarının qarşısını almaq;
  • Qablaşdırma materiallarında və məhsullarda zədələnmə və çatışmazlıq halları barədə rəhbərliyi dərhal məlumatlandırmaq;
  • Fəaliyyət zamanı sağlamlıq və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək və müvafiq tədbirlər görmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (Logistika, İstehsalat təşkili, Menecment, Mühəndislik və ya Anbar təsərrüfatı ilə əlaqəli ixtisas üzrə).

İş təcrübəsi:

  • Anbar təsərrüfatı, logistika və ya istehsalat sahəsində minimum 3–4 il iş təcrübəsi.

Peşəkar biliklər:

  • Anbarda təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları üzrə biliklər;
  • Yükləmə-boşaltma və saxlama işlərinin təşkili prinsipləri haqqında məlumatlı olmaq;
  • Anbar uçotu, məhsul hərəkəti və inventarizasiya prosesləri üzrə biliklərə sahib olmaq.

Fərdi keyfiyyətlər və bacarıqlar:

  • Komandada işləmək və əməkdaşlığı koordinasiya etmək bacarığı;
  • Çevik düşüncə və müxtəlif iş vəziyyətlərinə tez uyğunlaşmaq qabiliyyəti;
  • Təşəbbüskarlıq, analitik düşüncə və yeni ideyalar təklif etmək bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və etibarlılıq;
  • Problemlərin həllinə yaradıcı və sistemli yanaşma.

Xarici dil bilikləri:

  • Rus və İngilis dili bilikləri arzuolunandır.

Kompüter bilikləri:

  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook və s.) sərbəst işləmək bacarığı;
  • 1C proqramında sərbəst işləmək bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Supervayzer
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily110
  • Weekly555
  • Monthly555