Prime Cotton Prime Cotton
  • 312

Prime Cotton

Agricultural Products

Biznes prosesləri üzrə mütəxəssis

  • Deadline 21 May 2025

Təsvir

  • “Cəmiyyət” və onun filiallarının fəaliyyəti ilə bağlı biznes prosesləri müəyyən etmək və müvafiq qaydada sənədləşdirmək; 
  • Daxili prosesləri tədqiq etmək, proseslə bağlı məlumatları toplamaq və prosesin cari vəziyyətini əks etdirən proses xəritələrini hazırlamaq. 
  • Prosesləri analiz etmək, proseslə bağlı mövcud problemləri və riskləri müəyyən etmək. Proseslərin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq. Proseslərin arzu olunan və ya potensial vəziyyətini əks etdirən proses xəritələrini hazırlamaq. GAP analizlərini həyata keçirmək; 
  • Proses sahibinin iştirakı ilə biznes proseslərə dəyişiklik ehtiyacını müəyyən etmək və proseslərin yenidən layihələndirilməsini həyata keçirmək; 
  • Biznes proseslərin tətbiqi üzrə fəaliyyət planını hazırlamaq. Proses sahibi ilə birgə prosesin tətbiqi üçün ehtiyac duyulan resursların və infrastrukturun mövcudluğunu təmin etmək; 
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək; 
  • Biznes proseslərə nəzarəti həyata keçirmək, prosesin mövcud qaydalara uyğun şəkildə icra edilməsi üzərində müşahidə və xronometrajlar aparmaq, sorğular keçirmək; 
  • Biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələrdə iştirak etmək; 
  • Cəmiyyət və onun filiallarının fəaliyyəti ilə bağlı daxili prosedur və təlimatların, habelə digər daxili normativ xarakterli sənədlərin hazırlanmasında iştirak etmək, Cəmiyyət və onun filiallarında hazırlanmış bu növ sənədlərə rəy bildirmək və dəyişikliklər təklif etmək; 
  • Cəmiyyətin daxili siyasət və prosedurlarını, proseslərini təkmilləşdimək. Təkmilləşdirmə imkanları və problemləri müəyyən etmək. Optimal həll yolları təklif etmək və tətbiq etmək; 
  • Daxili normativ sənədlərin hədəf kütləyə (əlaqədar işçi heyətinə) çatdırılması və onlar tərəfindən başa düşülməsini təmin etmək; 
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək; 
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı layihələrin tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında müəyyən etmək və qısa zamanda həll edilməsini təmin etmək;  
  • Proseslərin avtomatlaşdırılması üzrə biznes tələblərini öyrənmək, müvafiq formada sənədləşdirmək və proqramlaşdırma qrupuna çatdırmaq.

Tələblər

  • Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi, Müəssisənin idarə edilməsi və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahədə ən az 1-3 il iş təcrübəsi;
  • PBA, ECBA, OCEP2 və digər müvafiq sertifikatlara malik olması arzu olunandır;
  • Azərbaycan, İngilis, (Rus dili – Arzu olunandır);
  • MS Office (Word, Excel, Power point), MS Visio;
  • Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0);
  • Biznes proseslərin analizi və yenidən layihələndirilməsi metodları;
  • Axış diaqramları və blok sxemlərin tərtib edilməsi;
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily31
  • Weekly523
  • Monthly727