Hüquq Şöbəsinin Rəhbəri

  • Deadline 4 Oktyabr 2025

Təsvir

Müqavilə və Hüquqi Sənədlər

  • Şirkət üzrə bütün müqavilələrin hüquqi baxışının həyata keçirilməsi və risk qiymətləndirilməsi
  • Kommersiya və əməliyyat müqavilələrinin layihələndirilməsi, hüquqi risklərin qiymətləndirilməsi
  • Tərəfdaşlarla (təchizatçılar, icarədarlar, müştərilər) hüquqi danışıqların aparılması
  • Hüquqi sənədlərin şablonlaşdırılması və müqavilə dövriyyəsinin idarə olunması (contract lifecycle)

Korporativ Hüquq və İdarəçilik

  • Şirkətin təsis sənədlərinin, lisenziyaların və qeydiyyat sənədlərinin idarə edilməsi
  • İdarə Heyəti və digər korporativ orqanların qərarlarının hüquqi baxımdan dəstəklənməsi
  • Qanunvericiliyin dəyişikliklərinə uyğun sənədləşmə və fəaliyyətin tənzimlənməsi
  • Şirkətin tərəf olduğu bütün məhkəmə proseslərini koordinasiya etmək və nəticələrini təhlil etmək

Risklərin İdarə Edilməsi və Hüquqi Uyğunluq

  • Hüquqi risklərin qiymətləndirilməsi və qarşısının alınması planlarının hazırlanması
  • Daxili siyasət və prosedurların hüquqi uyğunluğuna nəzarət
  • Əmək, vergi, ətraf mühit və təhlükəsizlik qanunvericiliyi üzrə uyğunluq monitorinqi

Məhkəmə və İddiaların İdarə Edilməsi

  • Şirkət adından məhkəmələrdə iştirak və hüquqi müdafiənin təşkili
  • Borcların hüquqi yolla bərpası və mülki/kommersiya mübahisələrinin idarə olunması
  • Mübahisəli hallarda hüquqi tədbirlərin müəyyən edilməsi və icrası üçün təkliflər hazırlamaq
  • Xarici hüquq şirkətləri və məsləhətçilərlə əlaqə

Daxili Hüquqi Məsləhət və Maarifləndirmə

  • Şirkətin bütün departamentlərinə hüquqi məsləhətlərin verilməsi
  • Hüquq maarifləndirilməsi və etik davranış üzrə təlimlərin təşkili
  • İşçilər üçün hüquqi qaydalar və məxfilik prinsipləri üzrə məlumatlandırma

Əlavə: Bütün hesabatlar Baş İnzibati direktora (CAO) verilir.

Tələblər

  • Hüquq sahəsində ali təhsil (bakalavr mütləq, magistr dərəcəsi arzuolunandır);
  • Hüquq sahəsində ixtisasartırma və ya peşəkar təlimlər üstünlükdür;
  • Minimum 7 il hüquqi təcrübə (korporativ hüquq sahəsində üstünlük);
  • Aqrar və ya istehsalat sahəsində hüquqi fəaliyyət üstünlükdür;
  • Mülki, inzibati, cinayət və vergi qanunverciliyi bilmək;
  • Daşınmaz əmlak hüququ, subsidiya mexanizmləri və törəmə şirkətlərlə hüquqi münasibətlər;
  • Beynəlxalq ticarət müqavilələri ilə iş təcrübəsi üstünlük;
  • Hüquqi yazışma və danışıqlar bacarığı;
  • Müstəqil qərarvermə, etika, məxfilik və məsuliyyətlilik;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq və yazışma bacarığı;
  • Microsoft Office və hüquqi sənəd dövriyyə sistemlərində təcrübə;

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Vəzifə dərəcəsi Rəhbər
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily75
  • Weekly203
  • Monthly847