Təsvir:
- Biznes məqsədlərinə uyğun cari və gələcək işçi ehtiyacını təhlil etmək;
- İşçi ehtiyacının təmin edilməsi üçün işə qəbul strategiyalarının hazırlanması və tətbiq edilməsində iştirak etmək;
- Kritik pozisiyalar üzrə namizəd bazasını toplamaq;
- İşəgötürən brendinin inkişafı üçün müxtəlif təşəbbüsləri hazırlamaq və tətbiq etmək;
- Uyğun namizədlərin cəlb edilməsi üçün effektiv strategiyalar hazırlamaq və tətbiq etmək;
- İşəgötürmə kanallarının optimallaşdırılması və səmərəliliyini artırmaq;
- Ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıqlar etmək;
- Elanların yerləşdirilməsi, namizədlərin axtarışı, screeningi və seçimi proseslərində iştirak etmək;
- Müraciət mərhələsindən yerləşdirmə mərhələsinə qədər namizədlərin təcrübəsini idarə etmək;
- Çıxış müsahibələrinin təşkili və nəticələrini idarə etmək;
- İstiqaməti üzrə əsas KPI-ları izləmək;
- İstiqaməti üzrə aylıq hesabatları hazırlamaq və təqdim etmək;
- İstiqaməti üzrə prosesləri təkmilləşdirmək;
- İşə qəbul proseslərini qanunvericiliyin və təşkilatın daxili prosedurlarına uyğun aparmaq.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər:
- Təhsil: Ali (İnsan resursları sahəsində olması üstünlükdür);
- Təcrübə: Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Sertifikatlar: Sahə üzrə sertifikatları arzuolunandır (SHRM, HRCI, CIPD);
- Dil bilikləri: Azərbaycan dili və ingilis dili səlis, rus dili arzuolunandır;
- HR marketing, Sosial media kanalları və ATS proqramı ilə iş təcrübəsi;
- Ezamiyyətlərə açıq olmaq.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat