Prime Cotton Prime Cotton
  • 273

Prime Cotton

Agricultural Products

Keyfiyyət təminatı üzrə mütəxəssis

  • Deadline 25 May 2025

Təsvir:

  • Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
  • Bu sahədə ən azı 3 illik iş təcrübəsi;
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 üzrə ən azı 1 üzrə aparıcı audit;
  • Müstəqi qərar vermə, liderlik, işin sərbəst aparılması.

Əlavə məlumat:

  • Müqavilə 1 illik sosial məzuniyyətdə olan əməkdaşı əvəzetmə üçün bağlanacaq, lakin gələcəkdə yeni vakansiyalar olduğu halda daxildən həmin əməkdaş dəyərləndirilə bilər;
  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər:

  • Şirkətin İnteqrasiya edilmiş İdarəetmə Sisteminin tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
  • IMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
  • IMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
  • Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
  • Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
  • Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
  • Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
  • Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
  • IMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək və ya bilavasitə daxili auditlər aparmaq;
  • IMS-in effektivliyini qiymətləndirmək məqsədilə Rəhbərlik Təhlilini (Management Review) təşkil etmək və təhlil prosesində iştirak etmək;
  • Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
  • Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
  • Keyfiyyət və proses performansını qiymətləndirmək üçün effektiv monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi və toplanmış məlumatların təhlilini təmin etmək;
  • Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
  • Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
  • Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
  • Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily23
  • Weekly707
  • Monthly2606