Təsvir
- Mal-materialların qəbulu, ilkin vizual yoxlanışı və identifikasiyası;
- Daşınma və saxlama şəraitinin standartlara uyğun şəkildə təşkili və tətbiqi;
- Qeyri-qanuni və ya zədələnmiş nümunələrin aşkar edilməsi və rəhbərliyə bildirilərək sənədləşdirilməsi;
- Mal-materialların növünün, artikulunun dəqiqləşdirilməsi;
- Zəruri hallarda kimyəvi tərkibin laborator analizlərinin aparılması (spektrometriya, xromatoqrafiya, titrasiya və s.);
- Fiziki xassələrin müəyyənləşdirilməsi (sərtlik, elastiklik, möhkəmlik, sıxlıq və s.);
- Material strukturunun və mikrostrukturunun mikroskopik üsullarla tədqiqi;
- Standart və texniki sənədlərə əsasən uyğunluq analizlərinin həyata keçirilməsi;
- Uyğunsuzluqların və nöqsanların sənədləşdirilərək rəhbərliyə təqdim edilməsi;
- Materialların təyinatına uyğun düzgün təsnifatının aparılması və istifadə sahəsinin müəyyən edilməsi;
- Araşdırma nəticələrinin dəqiq və aydın hesabat şəklində təqdim edilməsi;
- Keyfiyyət idarəetmə sisteminə uyğun sənədlərin hazırlanması və arxivləşdirilməsi;
- İş zamanı yaranan tullantıların düzgün utilizasiyasının təmin edilməsi;
- Ezam olunmuş filiallarda yuxarıdakı əməliyyatların icrasının tam yerinə yetirilməsi və yekun rəhbərliyə hesabat təqdim edilməsi.
Tələblər
- Ali təhsil (müvafiq texniki, kimya və ya material mühəndisliyi ixtisasları üstünlükdür);
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Kimyəvi və fiziki analiz üsullarını, laborator avadanlıqların iş prinsiplərini və texniki qulluq qaydalarını bilməlidir;
- Normativ sənədlərlə və texniki tələblərlə işləmə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı, 1C və ya digər ERP sistemlərindən istifadə bacarığı üstünlükdür;
- Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq;
- Komanda ilə işləmək və istehsalat mühitinə tez adaptasiya olmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.