MKT İstehsalat Kommersiya MMC MKT İstehsalat Kommersiya MMC
  • 732

MKT İstehsalat Kommersiya MMC

Agricultural Products

SƏTƏM şöbəsinin rəisi

  • Deadline 26 January 2025

Vəzifə öhdəlikləri:

  • Şirkətin SƏTƏM strategiyasına uyğun işlərin planlaşdırılması və tətbiqinə nəzarət;
  • SƏTƏM şöbəsinin filiallarda daxil olmaqla illik büdcəsinin hazırlanması;
  • Bütün heyət üçün Fərdi Mühafizə Vasitələrinin planlanması və lazımi filiallara çatdırılması işinin izlənilməsi;
  • SƏTƏM işi ilə bağlı bağlı Şirkət üzrə boşluq analizlərinin aparılması və yaxşılaşdırılmaların təmin edilməsi;
  • İşə yeni qəbul olunmuş işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq təlimatının verilməsini təmin etmək;
  • SƏTƏM şöbəsinə audit olan bütün audit tapıntıları, kənar audit nəticələrinin emal edilməsi və bağlanması ilə bağlı tədbirlərin görülməsi və rəhbərliyə hesabatın təqdim edilməsi;
  • Şirkət daxilində SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
  • Qəza / hadisə ilə bağlı araşdırmalarda iştirak etmək, həmçinin statistikasının təhlilini apararaq, trendləri müəyyənləşdirmək və inkişaf planlarını təklif etmək;
  • SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili;
  • Davamlı yaxşılaşdırma prosesinin aparılması üçün müvafiq tədbirlərin planlanması işinin təşkili;
  • Tullantıların idarə edilməsi prosesinin tənzimlənməsi üçün müvafiq qanunvericilik və standart tələblərinin nəzərdən keçirilməsi, aidiyyatı üzrə hesabatlılığın təyini;
  • Şirkət daxilində müvafiq İSO standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017) proseslərdə iştirak etmək və inteqrəolunmuş idaarəetmə sisteminin müvafiq standartlara əsasən SƏTƏM tələblərinin dəyərləndirilməsi, mövcud standartlara uyğun prosesin uyğunlaşdırılması;
  • Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq lazım gələrsə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün girişlərin təyini işinin koordinasiyası;
  • SƏTƏM şöbəsinə aid daxili audit prosesinin plana uyğun olaraq aparılması, xarici audit proseslərində iştirak, audit zamanı çıxan uyğunsuzluqlar üçün düzəltmə və düzəldici tədbirlərin planlanması, müvafiq kök səbəb analizlərinin aparılması;
  • Yerləşdiyi ərazidə SƏTƏM qaydalarının icra edilməsinə ciddi nəzarət;
  • Qanunvericiliklə bağlı müvafiq SƏTƏM proseslərinin şirkət fəaliyyətinə uyğunlaşdırılması.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
  • SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini başa düşməli və icra etməli;
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
  • Müvafiq sahələrdə ən azı 8 ildə yuxarı təcrübə;
  • Müstəqi qərar vermə, liderlik səriştələri.
  • Daily88
  • Weekly425
  • Monthly2063