Vəzifə öhdəlikləri:
- Şirkətin KSƏTƏM strategiyasına uyğun işlərin planlaşdırılması və tətbiqinə nəzarət;
- SƏTƏM şöbəsinin filiallarda daxil olmaqla illik büdcəsinin hazırlanması;
- Bütün heyət üçün Fərdi Mühafizə Vasitələrinin planlanması və lazımi filiallara çatdırılması işinin izlənilməsi;
- SƏTƏM işi ilə bağlı bağlı Şirkət üzrə boşluq analizlərinin aparılması və yaxşılaşdırılmaların təmin edilməsi;
- İşə yeni qəbul olunmuş işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq təlimatının verilməsini təmin etmək;
- SƏTƏM şöbəsinə audit olan bütün audit tapıntıları, kənar audit nəticələrinin emal edilməsi və bağlanması ilə bağlı tədbirlərin görülməsi və rəhbərliyə hesabatın təqdim edilməsi;
- Şirkət daxilində SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Qəza / hadisə ilə bağlı araşdırmalarda iştirak etmək, həmçinin statistikasının təhlilini apararaq, trendləri müəyyənləşdirmək və inkişaf planlarını təklif etmək;
- SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili;
- Davamlı yaxşılaşdırma prosesinin aparılması üçün müvafiq tədbirlərin planlanması işinin təşkili;
- Tullantıların idarə edilməsi prosesinin tənzimlənməsi üçün müvafiq qanunvericilik və standart tələblərinin nəzərdən keçirilməsi, aidiyyatı üzrə hesabatlılığın təyini;
- Şirkət daxilində müvafiq İSO standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017) proseslərdə iştirak etmək və inteqrəolunmuş idaarəetmə sisteminin müvafiq standartlara əsasən SƏTƏM tələblərinin dəyərləndirilməsi, mövcud standartlara uyğun prosesin uyğunlaşdırılması;
- Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq lazım gələrsə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün girişlərin təyini işinin koordinasiyası;
- SƏTƏM şöbəsinə aid daxili audit prosesinin plana uyğun olaraq aparılması, xarici audit proseslərində iştirak, audit zamanı çıxan uyğunsuzluqlar üçün düzəltmə və düzəldici tədbirlərin planlanması, müvafiq kök səbəb analizlərinin aparılması;
- Yerləşdiyi ərazidə SƏTƏM qaydalarının icra edilməsinə ciddi nəzarət;
- Qanunvericiliklə bağlı müvafiq SƏTƏM proseslərinin şirkət fəaliyyətinə uyğunlaşdırılması.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
- SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini başa düşməli və icra etməli;
- İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
- Müvafiq sahələrdə ən azı 8 ildə yuxarı təcrübə;
- Müstəqi qərar vermə, liderlik səriştələri.