Vəzifə öhdəlikləri
- Şirkətə daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və digər müraciətlərin cavablandırılması;
- Müştərilərə şirkətin təmizlik xidmətləri haqqında ilkin məlumatın verilməsi;
- Müştəri sifarişlərinin qəbul edilməsi və qeydiyyatının aparılması;
- Sifarişlərin tarix və saat üzrə düzgün planlaşdırılması;
- Müştəri ilə təmizlik komandası arasında operativ koordinasiyanın təmin edilməsi;
- Gün ərzində həyata keçiriləcək sifarişlərin izlənilməsi;
- Görülmüş işlər və sifarişlər üzrə gündəlik məlumatların qeydiyyatının aparılması;
- Müştərilərdən daxil olan sual, rəy və müraciətlərin operativ şəkildə cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
- Müqavilə, təklif, hesab və digər zəruri sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
- Şirkətin elektron poçtuna daxil olan məktubların izlənilməsi və cavablandırılması;
- Ofis sənədlərinin sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi;
- Təmizlik vasitələri və digər zəruri materialların mövcudluğunun izlənilməsi, ehtiyac yarandıqda məlumat verilməsi;
- Ofisin gündəlik inzibati işlərinin təşkili;
- Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Ofis meneceri, administrator, koordinator və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel proqramlarında işləmə bacarığı;
- WhatsApp, e-mail və digər kommunikasiya vasitələri ilə sərbəst işləmək bacarığı;
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Eyni anda bir neçə sifariş və prosesi idarə edə bilmək;
- Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
- Operativlik, məsuliyyətlilik və detallara diqqət;
- Stressli və intensiv iş şəraitində düzgün prioritetləşdirmə bacarığı;
- Komandada işləmək və yaranan problemlərə çevik həll tapmaq bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl ərazisi
- İş qrafiki: Həftədə 6 iş günü
- İstirahət günü: Həftə içi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.