Ofis meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis meneceri

  • Deadline 11 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Şirkətə daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və digər müraciətlərin cavablandırılması; 
  • Müştərilərə şirkətin təmizlik xidmətləri haqqında ilkin məlumatın verilməsi; 
  • Müştəri sifarişlərinin qəbul edilməsi və qeydiyyatının aparılması;
  • Sifarişlərin tarix və saat üzrə düzgün planlaşdırılması;
  • Müştəri ilə təmizlik komandası arasında operativ koordinasiyanın təmin edilməsi;
  • Gün ərzində həyata keçiriləcək sifarişlərin izlənilməsi;
  • Görülmüş işlər və sifarişlər üzrə gündəlik məlumatların qeydiyyatının aparılması;
  • Müştərilərdən daxil olan sual, rəy və müraciətlərin operativ şəkildə cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Müqavilə, təklif, hesab və digər zəruri sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
  • Şirkətin elektron poçtuna daxil olan məktubların izlənilməsi və cavablandırılması;
  • Ofis sənədlərinin sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi;
  • Təmizlik vasitələri və digər zəruri materialların mövcudluğunun izlənilməsi, ehtiyac yarandıqda məlumat verilməsi;
  • Ofisin gündəlik inzibati işlərinin təşkili;
  • Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Namizədə tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Ofis meneceri, administrator, koordinator və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel proqramlarında işləmə bacarığı;
  • WhatsApp, e-mail və digər kommunikasiya vasitələri ilə sərbəst işləmək bacarığı;
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Eyni anda bir neçə sifariş və prosesi idarə edə bilmək;
  • Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
  • Operativlik, məsuliyyətlilik və detallara diqqət;
  • Stressli və intensiv iş şəraitində düzgün prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək və yaranan problemlərə çevik həll tapmaq bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl ərazisi
  • İş qrafiki: Həftədə 6 iş günü
  • İstirahət günü: Həftə içi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly607
  • Monthly1083