İşin təsviri:
- Debitor Borclar üzrə Mühasib şirkətə olan borcların düzgün uçotunu aparır, ödənişlərin vaxtında daxil olmasına nəzarət edir və debitor borcların idarə olunmasını təmin edir.
Responsibilities:
- Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) uçotu, izlənməsi və analizi;
- Müştərilərdən daxil olan pul vəsaitlərinin düzgün şəkildə 1C proqramında uçotunun aparılması;
- Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın həyata keçirilməsi, borcların yığılması;
- Satışla bağlı ilkin uçot sənədlərinin və müqavilələrin yoxlanılması;
- Hesab-fakturaların və elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
- Pul vəsaitlərinin daxilolma prosedurlarına nəzarət (o cümlədən internet banking üzərindən əməliyyatların yoxlanılması);
- 1C və Excel proqramlarında gündəlik əməliyyatların daxil edilməsi və izlənməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəhbərlik tərəfindən verilmiş digər mühasibatlıq yönümlü tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- 1C 8.3 və MS Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə, operativlik və dəqiqlik;
- Komandada işləmə və müştəri yönümlü yanaşma;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili biliyi üstünlükdür);
- ACCA F3 sertifikatına sahib olmaq üstünlükdür.
CV-nizi mövzu hissəsində “Debitor Borclar üzrə Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.