P Prime Light
  • 1.1K

Prime Light

Distribyutorlar

Ofis Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis Meneceri

  • Deadline 13 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Ofisin gündəlik inzibati işlərinin təşkil olunması, sənəd dövriyyəsinin idarə edilməsi, əməkdaşlar və rəhbərlik üçün rahat və effektiv iş mühitinin yaradılmasına dəstək vermək

Responsibilities:

  • Ofis sahəsinin təmizliyinə, qaydasına və ümumi nizamına nəzarət etmək.
  • İşin təşkili üçün zəruri olan avadanlıq və materialların təchizatına nəzarət etmək (ofis ləvazimatları, texnika və s.).
  • Texniki xidmət, təmir işlərinin aparılması və problemlərin həlli üçün lazımi əlaqələri qurmaq.
  • Əsas vəsaitlərin inventarizasiya proseslərini aparmaq.
  • İşçilərin ehtiyaclarına və problemlərinə dəstək olmaq, həmçinin iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək.
  • Ofis sahəsi üzrə büdcənin idarə edilməsi və xərclərin planlaşdırılması.
  • Ofisin ehtiyaclarına uyğun olaraq mal və xidmətlərin təchiz olunması üçün təklifləri toplanmaq və qiymət təhlili aparmaq.
  • Daxil olan və xaric olan məktubların qeydiyyatı və idarə olunması.
  • Texniki problemlər yarandıqda İT şöbəsi (kompyuter avadanlıqları ilə bağlı) və ya Biznes mərkəzinin inzibati şöbəsi ilə (digər texniki problemlər ilə bağlı) əlaqə saxlamaq və onların həllini təşkil etmək.
  • Bütün tədbirlərin, seminarların və toplantıların təşkilini və icrasını təmin etmək.
  • Səfər planlarının hazırlanması və təşkilati məsələlərdə dəstək vermək.
  • Ofisə gələn qonaqların və müştərilərin qarşılanmasını təmin etmək.

Tələblər:

  • Əlaqəli sahə üzrə bakalavr dərəcəsi (üstünlükdür).
  • Ofis idarəetməsində ən azı 2 il iş təcrübəsi.
  • Güclü təşkilatçılıq və idarəetmə bacarıqları.
  • Microsoft Office proqramları üzrə yaxşı səviyyədə bilik.
  • Problemləri həll etmə və insanlarla səmərəli ünsiyyət qurma bacarıqları.
  • Detallara diqqətli və məsuliyyətli olmaq.

CV-nizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly660
  • Monthly540