Ticari Marketinq üzrə mütəxəssis

  • Истекает 30 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir.

Vəzifə öhdəlikləri

  • Ticarət marketinq planlarının icrasında satış komandası və tərəfdaşlarla əməkdaşlıq edir.
  • Bazar araşdırmaları aparır, rəqibləri və istehlakçı davranışlarını izləyir.
  • Reklam kampaniyalarının, promo aksiyaların və satış təşviqi tədbirlərinin təşkilində iştirak edir.
  • POS materiallarının, məhsul nümayişlərinin və digər marketinq materiallarının satış nöqtələrində yerləşdirilməsini təmin edir.
  • Promo işçilərinin və hosteslərin fəaliyyətini izləyir, satış nöqtələri və digər tərəfdaşlarla gündəlik işgüzar əlaqələri həyata keçirir.

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Ticari marketinq, pərakəndə satış və ya satış dəstəyi sahəsində ən azı 2 il iş təcrübəsi;
  • İngilis və ya rus dili biliyi (orta və ya yüksək səviyyədə);
  • Marketinq kampaniyalarının idarə edilməsi və təhlil bacarıqları;
  • Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə iş təcrübəsi;
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Ticari Marketinq üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

  • Daily43
  • Weekly362
  • Monthly1292