Vəzifə öhdəlikləri
- Adobe Creative Cloud proqramlarında (Adobe Photoshop, Premiere Pro, After Effects) sərbəst və praktik səviyyədə işləmək
- Figma, Canva və əsas web/UI dizayn prinsipləri ilə işləmə bacarığı
- Müxtəlif dizayn layihələri üçün vizual materialların hazırlanması (reklamlar, digital kampaniyalar, sosial media və digər marketinq materialları)
- Google Web Designer vasitəsilə HTML5 bannerlərin hazırlanması
- Kreativ yanaşma, vizual zövq və dizayn həlləri təklif etmək bacarığı
- Layihələrin müstəqil şəkildə, vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi
- Zərurət olduqda komanda ilə ideya müzakirələrində aktiv iştirak və dizayn təkliflərinin verilməsi
- AI (süni intellekt) alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur
Namizədə tələblər
- Ali təhsil arzuolunandır
- Qrafik dizayn sahəsində real praktik iş təcrübəsi (minimum 2 il, ideal olaraq 2–4 il)
- Adobe proqramları ilə gündəlik işləmə vərdişi (yalnız nəzəri bilik kifayət deyil)
- Statik dizaynla yanaşı video / motion əsasları ilə işləyə bilmə
- Dizayn prinsipləri, vizual estetika və kompozisiya üzrə yaxşı anlayış
- Detallara diqqət, vaxtın düzgün idarə olunması və məsuliyyətli yanaşma
- Əvvəlki işləri əks etdirən portfelin təqdim edilməsi (portfelsiz müraciətlər nəzərə alınmır)
İş qrafiki və iş şəraiti
- İş ofisdə həyata keçirilir (remote / evdən işləmə yoxdur)
- İş günləri: Bazar ertəsi – Cümə
- İş saatları: 09:00 – 18:00
- Şənbə günü: İş saatları: 10:00 – 15:00
- Əməkhaqqı 1000-1500 AZN (təcrübə və bacarıqlara əsasən)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.