Namizəddən tələblər:
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika və ya oxşar sahələr üzrə olması üstünlükdür);
- Məzmun yaradılması sahəsində minimum 1-2 il təcrübə;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (orfoqrafiya qaydalarına ciddi riayət);
- Yaradıcı düşüncə və trendlərə uyğun kontent hazırlama bacarığı;
- Rus və İngilis dili biliyi üstünlükdür;
- Ölkədaxili və ölkəxarici ezamiyyətlərə açıq olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin korporativ strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə yardımçı olunması;
- Media ilə əlaqələrin qurulması, PR layihələri ilə bağlı video və foto (Postlar) çəkilişlərinin təşkili və idarə edilməsi;
- Şirkətin məhsullarının çəkilişini icra edilməsi;
- Şirkətin məhsulları, xidmətləri və sosial layihələri ilə bağlı kreativ və cəlbedici məzmunun (məqalə, post, video, blog yazıları və s.) hazırlanması;
- Sosial media kanalları üçün gündəlik və həftəlik kontent planının hazırlanması və icrası;
- Brendin nüfuzunun formalaşmasında, saxlanmasında və müdafiəsində iştirak;
- Tədbirlərin təşkili, keçirilməsinin təşkili və nəzarət edilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri,təqdimatlar və s.) ;
- Şirkətin PR və marketinq komandasının fəaliyyətinə kontent dəstəyi vermək;
- Şirkət haqqında yayımlanan məqalə və xəbərlərin monitorinqi və təhlili.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Blogger” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.