Namizədə olan tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və s.);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi olmalı;
- Azərbaycan dili səlis, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- MS Office proqramlarında işləmək bacarığı;
- Ezamiyyətlərə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Brend üzrə məhsulların satışlarının təhlilini aparır;
- Brendin bazarda seqmentləşməsini müəyyən edir;
- Potensial müştərilər üçün sərgi və tədbirlərdə brendin təqdimatını təşkil edir;
- Brendin satış həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsulların sifariş edilməsi üçün həcmin müəyyən edilməsində iştirak edir;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış fəaliyyətini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
- Brendlərin inkişafı üçün yeni təkliflər irəli sürür;
- Sosial media kontentləri, broşürlər, təqdimatlar və reklam materiallarının hazırlanmasına dəstək və təkliflər verir;
- Yeni məhsul və ya xidmətlərin təqdimat kampaniyalarında iştirak edir;
- Əməkdaşlar üçün brend təlimləri və məlumatların hazırlanmasını təşkil edir
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brendin İnkişafı üzrə Mütəxəssis” yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına göndərmələri xahiş olunur.