Prior Leasing Prior Leasing
  • 709

Çağrı mərkəzi rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çağrı mərkəzi rəhbəri

  • Deadline 8 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Çağrı mərkəzində və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi(rəhbər vəzifəsində təcrübə mütləqdir);
  • Çağrı mərkəzinin iş metrikləri, xidmət keyfiyyətinə nəzarət (QA) prinsipləri haqqında dərindən anlayış;
  • Çağrı mərkəzinin proqram təminatı, inteqrasiyası və işləmə prinsipləri ilə tanışlıq;
  • Maliyyə strukturunda müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili biliyi səlis, ingilis və ya rus dili biliyi yaxşı səviyyədə olmalı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinin gündəlik fəaliyyətinə rəhbərlik etmək və əməliyyatların səmərəliliyini təmin etmək;
  • Operatorların işinə nəzarət etmək, onların fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək üçün təlimlər təşkil etmək;
  • Xidmət keyfiyyətinin monitorinqi və təhlili sistemini qurmaq və təkmilləşdirmək;
  • Çağrı mərkəzinin proqram təminatının işləməsini, istifadəsini və lazım gələrsə, inteqrasiyasını təşkil etmək;
  • Mərkəzin performans göstəricilərinə (KPI) cavabdeh olmaq və onların yerinə yetirilməsini təmin etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: 1463-1674 Azn +%;
  • İş yeri: Port Baku Tower 2.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Çağrı mərkəzi rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily114
  • Weekly370
  • Monthly1694