Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
- Kompüter bilikləri: MS Office (Excel və Word);
- CRM sistemlərinin əsas anlayışları barədə ilkin biliklər (lead, deal və s.);
- Analitik və detallara diqqətli düşüncə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Müştəri əlaqələrindəki işlərin təkmilləşdirilməsi və yeni layihələrin tətbiqi, müştərilərin məlumatlarının düzgünlüyünün yoxlanılması və formalaşmış düzgün məlumatlardan hesabatların çıxarılması;
- CRM sistemində olan məlumatların düzgünlüyünün yoxlanılması və təmizlənməsi prosesində iştirak etmək;
- Müştəri bazasının seqmentasiyası üzrə verilmiş tapşırıqları yerinə yetirmək;
- Müştəri Lifetime Value (LTV) dəyərlərinin hesablanmasına dəstək göstərmək;
- Həftəlik və aylıq lead və deal hesabatlarının hazırlanmasında iştirak etmək;
- Aktiv lead və deal mərhələlərinin izlənməsi, proseslərdəki mümkün nöqsanların müəyyənb olunaraq müvafiq şöbələrə bildirilməsi və nöqsanların aradan qalxması üçün təkliflərin verilməsi;
- Kampaniya performansları və müştəri davranışları üzrə ilkin analizlərdə iştirak etmək;
- Departament daxilində verilən digər tapşırıqların icrası.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “CRM üzrə Kiçik Mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.