Namizədə olan tələblər:
- Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resursları sahəsində təcrübə minimum 5 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
- Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
Vəzifə öhdəlikləri:
- Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək;
- İşə qəbul proseslərində şirkət adından rəy vermək;
- Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq;
- Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək;
- Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;
- Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək;
- Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;
- Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;
- İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;
- Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;
- Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;
- Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək;
- Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək;
- İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;
- Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.