İnsan resursları və inzibati işlər şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları və inzibati işlər şöbəsinin müdiri

  • Deadline 16 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
  • Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.

Vəzifə öhdəlikləri:

  • Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək;
  • İşə qəbul proseslərində şirkət adından rəy vermək;
  • Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq;
  • Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək;
  • Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;
  • Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək;
  • Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;
  • Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;
  • İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;
  • Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;
  • Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;
  • Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək;
  • Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək;
  • İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;
  • Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily122
  • Weekly240
  • Monthly1172