Namizədə olan tələblər:
- Ali təhsil;
- Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə;
- Məsuliyyətli və diqqətli olmaq;
- Liderlik bacarıqları;
- MS ofis proqram bilikləri (Xüsusilə Excell yaxşı səvviyədə);
- Təkliflər irəli sürmək və təşəbbüskar olmaq;
- Nəticəyönümlü düşüncə tərzi;
- Strateji düşünmə və planlaşdırma bacarığı;
- Güclü analitik təhlil və operativ qərarvermə bacarığı;
- Stressə davamlılıq və komandada işləmə bacarığı;
- İş saatlarını effektiv təşkil və idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Satış komandasının səs yazılarını monitorinq edərək müəyyən edilmiş standartlara uyğun qiymətləndirmək, nəticələri qeydə almaq və aylıq hesabat hazırlamaq;
- Satış komandasının lead emal prosesini izləmək, analiz etmək və mümkün risk amillərini müəyyənləşdirmək, nəticələri qeydə almaq və aylıq hesabat təqdim etmək;
- Keyfiyyətə uyğun olmayan halların aradan qaldırılması və iş keyfiyyətinin artırılması üçün komanda ilə onlayn görüşlər təşkil etmək və təlimatlar vermək;
- Servis xidməti sonrası müştəri məmnuniyyətini ölçmək və nəticələri CRM bazasına daxil etmək;
- Xidmət keyfiyyəti və tamamlanmamış işlərə dair həftəlik hesabat hazırlayaraq bölmə rəhbərinə təqdim etmək;
- Aylıq satış göstəriciləri üzrə NPS indeksini ölçmək və nəticələr əsasında data hazırlamaq;
- Müştərilərlə CSAT sorğularının aparılması və nəticələrə dair hesabat hazırlamaq;
- Monitorinq zamanı satış və şirkət tələblərinə zidd, eyni zamanda digər risk amillərinin aşkarlanması və dərhal müvafiq qeydiyyatların apararaq, bölmə rəhbərinə məlumat vermək;
- Keyfiyyətin analizi üçün əlavə sorğuların icrasını həyata keçirmək;
- Gün ərzində yerinə yetirilmiş və planlaşdırılan işlər barədə bölmə rəhbərinə hesabat vermək;
- Bölmənin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki təminatı ilə bağlı təkliflər hazırlamaq.
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.