Şirkət: Global Leasing
Namizədə tələblər:
- Ali təhsil;
- Lizinq, bank sektorunda minimum 1il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşdə düzgünlük, operativlik, komandada işləmək bacarığı;
- Riyazi və analitik düşünmə;
- Məsuliyyətlilik və diqqətçillik.
Vəzifə öhdəlikləri:
- Daxil olmuş sifarişlər üzrə təqdim olunmuş sənədlərin tamlığını, uyğunluğunun yoxlanılması və eyniləşdirilməsini aparmaq;
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə zərurət yarandıqda baxış keçirmək;
- Aqrolizinq və azərbaycan kredit bürosu borcunun sorğulanmasını təmin etmək;
- Мemorandumları tərtib edərək kredit komitəsinə təqdim etmək;
- Kredit komitəsində təsdiq olunan memorandumu rəsmiləşdirmək və kreditin verilməsi prosesini sonuna kimi müşahidə etmək;
- İş prosesində yaranan problemlərin həlli ilə əlaqədar digər şöbələr ilə əməkdaşlıq etmək;
- Təhkim olunmuş lizinqlərin ödənişlərinə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
- Rəhbərliyə müvafiq hesabatları vaxtlı-vaxtında təqdim etməkı;
- Yeni təchizatçı və yeni müştərilərin təşkilata cəlb olunmasını həyata keçirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.