Namizədə olan tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Kredit və lizinq üzrə (Bank, BOKT, İnvestisiya və Maliyyə sahəsində) minimum 1 illik təcrübəsi olmalı;
- Avto kredit və Avto lizinq sahəsində iş təcrübəsi üstünlükdür;
- Diqqətli və analitik düşünmə bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Müştəri ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
- Təhlil olunan işlərin MİS üzrə memorandum mərhələsinə keçirmək;
- Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
- Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatların sənədlərlə üzləşdirib GNİ sisteminin 1203/22201 ekranlarında yoxlamaq;
- Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə imzalatmaq;
- Müvafiq sənədləri CRM üzərindən müştəri Deal-na yükləmək (avadanlıq və texnikaya məxsus birka, moto saat, foto; ödəniş tapşırıqlarının sürtləri; müştəriyə aid vəsiqə, vöen, bank rekviziti);
- CRM üzərindən müvafiq qeydlər aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
- Texnikaların təhvil - təslim aktı və buraxılışını sifariş vermək, müştəri dosyesini çek list əsasında hazırlayıb poçt vasitəsi ilə baş ofisə göndərmək və qəbzi müştəri Deal-ına yükləmək;
- Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
- Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatını etmək;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.