Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • Deadline 10 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Biznes, marketinq və menecment sahələri üzrə olması arzuolunandır);
  • Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsinə malik olmalı;
  • Rəqəmsal marketinq üzrə istifadə olunan proqramlarda (xüsusilə Google Analitics, Tag Manager, Data Studio) sərbəst işləmə bacarığı olmalı;
  • Meta Ads, Google Search Console, SEO üzrə biliklərə sahib olmalı;
  • Azərbaycan dili səlis, Rus və ya İngilis dilini bilmək üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv şəkildə hazırlanması və icrasını təmin etmək;
  • Rəqəmsal marketinq büdcəsinə nəzarət və hər bir yerləşdirmə kanalları (ödənişli media, mobil, sosial və s.) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Meta Ads, Google Search, Google Display, Youtube video reklamları və e-poçt marketinqi ilə bağlı bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək;
  • Mütəmadi olaraq rəqəmsal məlumatların və KPI göstəricilərinin təhlilini yerinə yetirmək və məlumatların tam və düzgün şəkildə digər tərəflərə çatdırılmasını təmin etmək;
  • Vebsayt üzərindən effektivliyin ölçülməsi məqsədilə müxtəlif testləri yerinə yetirmək;
  • Açar söz araşdırması aparılması, məzmunun optimallaşdırılması, reytinqlərin izlənilməsi proseslərinə nəzarət etmək;
  • Məhsul və xidmət istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Onlayn analitika platformaları əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri strategiyalarının quraşdırılmasını təmin etmək

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük88
  • Həftəlik202
  • Aylıq202