Risk Təhlili üzrə Mütəxəssis

  • Deadline 18 Mart 2026

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • MS Office proqramlarında (xüsusən Exceldə) işləmək bacarığı;
  • Bank sektorunda kreditləşmə, risklərin idarə edilməsi, maliyyə təhlili və ya əlaqəli sahədə minimum 1 illik təcrübəsi olmalı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
  • ACCA F3 sertifikatının olması üstünlükdür.

Vəzifə öhdəlikləri:  

  • Lizinq müraciətlərinin təhlili üçün (əsasən aqrar sektor üzrə) borcalandan tələb olunan məlumatların toplanması, yoxlanılması və doğrulanması, zərurət olduqda borcalanla əlavə dəqiqləşdirmələrin aparılması və çarpaz sualların tətbiqi;
  • Daxil olmuş lizinq ərizələri üzrə müştərinin biznes modelinin və maliyyə göstəricilərinin analizi; 
  • Kredit risklərinin qiymətləndirilməsi (anderraytinq) və risklərin azaldılması məqsədilə müvafiq şərt və təkliflərin hazırlanması; 
  • Müştərinin maliyyə dayanıqlığının və lizinq öhdəliklərini gələcəkdə icra etmək qabiliyyətinin qiymətləndirilməsi, kredit reytinqinin müəyyən edilməsi və qərarın formalaşdırılması; 
  • Xidmət Səviyyəsi Müqavilələrinə (SLA) uyğun olaraq hər müraciət üzrə anderraytinqin operativ aparılması və vaxtında tamamlanmasının təmin edilməsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1100-1200 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Risk Təhlili üzrə mütəxəssis” yazaraq [email protected]  ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2315&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.   

  • Daily13
  • Weekly590
  • Monthly1886