Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahasində 1 il təcrübə;
- Sürücülük bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırılmasını təmin etmək və işin təşkili;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Marketinq materiallarını yaşayış və biznes məntəqələrində Satış nümayəndələri tərəfindən yayılmasını təmin etmək;
- Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
- Real müştərilərin lizinq ilə bağlı müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara lizinq alınması prosesi barədə ətraflı məlumat vermək;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
- Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
- Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatın etmək;
- Texniki nəzarət xidmətindən müvafiq sənədləri təhvil almaq;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini və Satış müdirini məlumatlandırmaqla yerinə yetirmək;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
- Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim etmək;
- Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
- Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 09:00-18:00;
- İş yeri: Abşeron rayonu, Bakı-Sumqayıt şossesi ( Saray Postunun yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış Meneceri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.