İş yeri: Ağstafa filialı
Namizədə olan tələblər:
- Satış sahəsində 1 il iş təcrübəsi;
- İşdə düzgünlük və operativlik;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət və diqqətlilik;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən məhsullar haqqında məlumatı müştərilərə çatdırmaq;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00
- Karyera inkişafı imkanları
- İş yeri: Ağstafa şəhəri, Bakı-Qazax yolu 466-cı km, (Bayraq Meydanının yaxınlığında)
- Əmək haqqı: 442 AZN Gross+bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi ” və qarşısında müvafiq regionu yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.