Namizəddən tələblər:
- Sürücülük bacarığı.
- Orta təhsil/Ali təhsil;
- Fərdi və komanda şəklində işləmək;
- Vəziyyəti düzgün qimətləndirmək;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
- Sürücülük vəsiqəsi ( Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması mütləqdir)
- İşdə düzgünlük;
- Operativlik;
- Məsuliyyətlilik və diqqətçillik;
- Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Vəzifə funksiyaları:
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
- Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
- Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məhsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
- Real müştərilərin kredit müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara kredit alınma prosesi barədə ətraflı məlumat vermək;
- Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
- Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatını etmək;
- Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” və qarşısında müvafiq regionu yazaraq elektron poçt ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.