Namizədə olan tələblər:
- Ali təhsil;
- Yenilikləri tətbiq etmək və kreativ yanaşma bacarığı;
- Reklam çarxları və promo videoların hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi;
- Kreativ və inkişafa meyilli düşüncə tərzi;
- Məsuliyyətli və kollektivdə işləmək bacarığı;
- Adobe Premiere Pro, Adobe After Effects, CapCut proqramlarında işləmək bacarığı;
- DaVinci Resolve, Movavi Video Editor proqramlarını bilmək və şəxsi çəkiliş avadanlığına malik olmaq üstünlükdür;
- Ezamiyyətlərə açıq olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsullarının, tədbirlərin foto/video çəkilişlərini etmək və vaxtında montaj edərək təhvil vermək;
- Sosial şəbəkələr üçün uzun və qısa metrajlı videolar çəkmək və montaj edib təhvil vermək;
- Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək;
- Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Videoqraf” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.