İş şəraiti
- İş yeri: Bakı, ofisdaxili
- İş qrafiki: Full-time (5 günlük iş qrafiki)
- Əməkhaqqı: 600 AZN-dən başlayan (artan)
İş barədə məlumat: PRİVE komandası müştərilərlə peşəkar ünsiyyət qurmağı bacaran, məsuliyyətli, diqqətli və operativ işləyən Operator axtarır!
Əsas vəzifələr:
- Restoranlar, biznes tərəfdaşları və müştərilərlə peşəkar danışıqların aparılması;
- Daxil olan zənglərin, mesajların və müraciətlərin operativ cavablandırılması;
- Müştərilərə və tərəfdaşlara PRİVE platforması və xidmətləri haqqında ətraflı və dəqiq məlumatın verilməsi;
- Müştəri və biznes müraciətlərinin daxili sistemdə qeydiyyata alınması və izlənilməsi;
- Yüksək səviyyədə müştəri və tərəfdaş məmnuniyyətinin təmin edilməsi.
Namizədə olan tələblər:
- Səlis və aydın nitq qabiliyyəti;
- Yüksək ünsiyyət və danışıq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq (Rus və ingilis dili bilikləri üstünlükdür);
- Kompüterdən və standart ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
Təklif edirik:
- Rahat və dinamik iş mühiti;
- 600 AZN-dən başlayan (artan) əməkhaqqı;
- Peşəkar və şəxsi inkişaf imkanı.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.