Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Operator

  • Deadline 2 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

 

  • İş yeri: Bakı, ofisdaxili
  • İş qrafiki: Full-time (5 günlük iş qrafiki)
  • Əməkhaqqı: 600 AZN-dən başlayan (artan)

İş barədə məlumat: PRİVE komandası müştərilərlə peşəkar ünsiyyət qurmağı bacaran, məsuliyyətli, diqqətli və operativ işləyən Operator axtarır!

Əsas vəzifələr:

  • Restoranlar, biznes tərəfdaşları və müştərilərlə peşəkar danışıqların aparılması;
  • Daxil olan zənglərin, mesajların və müraciətlərin operativ cavablandırılması;
  • Müştərilərə və tərəfdaşlara PRİVE platforması və xidmətləri haqqında ətraflı və dəqiq məlumatın verilməsi;
  • Müştəri və biznes müraciətlərinin daxili sistemdə qeydiyyata alınması və izlənilməsi;
  • Yüksək səviyyədə müştəri və tərəfdaş məmnuniyyətinin təmin edilməsi.

Namizədə olan tələblər:

  • Səlis və aydın nitq qabiliyyəti;
  • Yüksək ünsiyyət və danışıq bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq (Rus və ingilis dili bilikləri üstünlükdür);
  • Kompüterdən və standart ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

​​​​​​​Təklif edirik:

  • Rahat və dinamik iş mühiti;
  • 600 AZN-dən başlayan (artan)  əməkhaqqı;
  • Peşəkar və şəxsi inkişaf imkanı.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily117
  • Weekly355
  • Monthly356