İT menecer

  • Deadline 23 Oktyabr 2026

Komandamıza gündəlik texniki dəstək işlərini yerinə yetirəcək İT menecer axtarırıq. Texnologiyanı yaxşı anlayan, istifadəçilərə kömək etməyi bacaran və işinə məsuliyyətlə yanaşan namizədə üstünlük veririk.

Vəzifə öhdəlikləri

  • Yaranan texniki insident və problemləri operativ həll etmək;
  • İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını quraşdırmaq və sazlamaq;
  • Kabel şəbəkəsinin çəkilişini və texniki xidmətini həyata keçirmək;
  • Şəbəkə avadanlıqlarını sazlamaq və server infrastrukturunun idarə olunmasına dəstək vermək;
  • İstifadəçilərdən telefon, e-poçt və digər sistemlər vasitəsilə daxil olan müraciətləri qəbul edib cavablandırmaq;
  • Virtuallaşdırma sistemləri ilə işləmək.

Namizədə tələblər

  • Ali və ya orta ixtisas texniki təhsil;
  • Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə iş təcrübəsi;
  • Şəbəkələr və İT infrastrukturu üzrə biliklər;
  • Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
  • Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə izah etməyi bacarmaq.

İş şəraiti

  • Əmək haqqı: müsahibə əsasında
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • İş qrafiki: bazar ertəsi–cümə | 09:00–18:00
  • Şirkət tərəfindən naharla təminat
  • Əmək haqqı 1200 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Əlaqə nömrəsi +994772209747

  • Daily33
  • Weekly420
  • Monthly2134