Komandamıza gündəlik texniki dəstək işlərini yerinə yetirəcək İT menecer axtarırıq. Texnologiyanı yaxşı anlayan, istifadəçilərə kömək etməyi bacaran və işinə məsuliyyətlə yanaşan namizədə üstünlük veririk.
Vəzifə öhdəlikləri
- Yaranan texniki insident və problemləri operativ həll etmək;
- İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını quraşdırmaq və sazlamaq;
- Kabel şəbəkəsinin çəkilişini və texniki xidmətini həyata keçirmək;
- Şəbəkə avadanlıqlarını sazlamaq və server infrastrukturunun idarə olunmasına dəstək vermək;
- İstifadəçilərdən telefon, e-poçt və digər sistemlər vasitəsilə daxil olan müraciətləri qəbul edib cavablandırmaq;
- Virtuallaşdırma sistemləri ilə işləmək.
Namizədə tələblər
- Ali və ya orta ixtisas texniki təhsil;
- Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə iş təcrübəsi;
- Şəbəkələr və İT infrastrukturu üzrə biliklər;
- Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
- Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə izah etməyi bacarmaq.
İş şəraiti
- Əmək haqqı: müsahibə əsasında
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- İş qrafiki: bazar ertəsi–cümə | 09:00–18:00
- Şirkət tərəfindən naharla təminat
- Əmək haqqı 1200 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə nömrəsi +994772209747