İş şəraiti
- İş yeri: Ələsgər Qayıbov 10Q
- İş qrafiki: Tam iş saatı / 09:00 – 18:00
- Əməkhaqqı: Müsahibə əsasında namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
İş barədə məlumat:
- Şirkətimizin satınalma departamentinə operativ və məsuliyyətli köməkçi tələb olunur.
Əsas vəzifələr:
- Sənədlərin toplanması və səliqəli şəkildə arxivləşdirilməsi / yoxlanılması;
- Qaimələrin və daxil olan sənədlərin müvafiq daxili sistemlərə dəqiq və vaxtında əlavə olunması;
- Satınalma və təchizat proseslərinə dair müntəzəm hesabatların hazırlanması;
- Excel cədvəllərində məlumatların daxil edilməsi, təhlili və izlənilməsi;
- Şöbə daxilində sənədləşmə işlərinin operativ idarə olunması.
Namizədə tələblər:
- Cins: Xanım namizəd
- Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, texniki və ya digər əlaqəli sahələrə üstünlük verilir);
- İş təcrübəsi: Müvafiq sahə üzrə (inzibati işlər, sənədləşmə və ya satınalma köməkçisi kimi) təcrübə arzuolunandır (namizədin bacarıqlarına əsasən təcrübəsiz də dəyərləndirilə bilər);
- Kompüter bilikləri: MS Excel proqramında sərbəst işləmək bacarığı mütləqdir (sadə düsturlar, cədvəllər, filtrasiya);
- Şəxsi keyfiyyətlər: Detallara qarşı diqqətcil, məsuliyyətli, operativ, komandada işləmək bacarığı və ünsiyyətcil.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.