Vəzifə haqqında
- ML / LLM Engineer olaraq siz iri miqyaslı AI layihələrimiz çərçivəsində çoxdilli AI köməkçilərinin, Text-to-SQL həllərinin və lokal open-weight dil modellərinin (LLM) adaptasiyası, tənzimləməsi, qiymətləndirilməsi və backend sistemlərə inteqrasiyasına rəhbərlik edəcəksiniz. Əsas İstiqamət: NLP, Text-to-SQL, lokal dil modelləri.
Görəcəyiniz işlər
- Azərbaycan, rus, ingilis və türk dillərini (bütün dörd dili bilmək məcburi tələb deyil) dəstəkləyən çoxdilli AI köməkçinin hazırlanması.
- Natural Language → SQL istiqamətində həllərin hazırlanması.
- Verilənlər bazasının sxemi və biznes göstəricilərinin semantik təsvirlərinin modelə təqdim edilməsi.
- Training, evaluation və benchmark məlumat dəstlərinin hazırlanması.
- Open-weight dil modellərinin lokal mühitdə sınaqdan keçirilməsi.
- Modellərin dil, SQL düzgünlüyü, nəticənin doğruluğu, latency və GPU istifadəsi üzrə qiymətləndirilməsi.
- SFT, LoRA, QLoRA və digər adaptasiya üsullarının sınaqdan keçirilməsi.
- Structured output ilə iş.
- Modellərin backend API-lərlə inteqrasiyası.
- Model səhvlərinin və məhdudiyyətlərinin təhlili.
Sizdən Gözləntilərimiz
- Güclü Python.
- NLP / LLM sistemləri ilə praktiki təcrübə.
- PyTorch, Transformers, PEFT və ya analoji texnologiyalar.
- Güclü SQL bilikləri.
- Domen məlumatları üzərində LLM qiymətləndirilməsi təcrübəsi.
- Prompt design, structured output və dialoq kontekstinin idarə olunmasını başa düşmək.
- GPU yaddaşı, context window və quantization məhdudiyyətlərini anlamaq.
- Təkrarlana bilən ML eksperimentləri qurmaq bacarığı.
Əlavə üstünlüklər
- Text-to-SQL.
- Azərbaycan dili üzrə NLP.
- Multilingual evaluation.
- SQL AST parsing/validation.
- FastAPI.
Təklif etdiyimiz
- Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
- Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
- Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
- Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
- Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.
Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (ML / LLM Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.